Saytdan istifadə edərək aşağıdakı qaydalarla razılaşırsınız. Qaydalar həm satıcılara, həm də alıcılara aiddir.
Yalnız əl işi və ya müəllif tərəfindən hazırlanmış məhsullar yerləşdirilə bilər. Şəkillər və təsvir real məhsula uyğun olmalıdır. Hər elan dərc olunmazdan əvvəl moderasiyadan keçir; qaydalara uyğun olmayan elanlar səbəb göstərilməklə rədd edilir.
Qanunla qadağan olunmuş mallar, başqasının əsərlərinin icazəsiz surətləri, saxta brend məhsulları, təhqiramiz və ya yanıltıcı məzmun qadağandır. Eyni məhsulu təkrar-təkrar yerləşdirmək olmaz.
Elan yerləşdirmək üçün aktiv plan lazımdır. Ödəniş təsdiqləndikdən sonra plan aktivləşir. Planın müddəti bitdikdə elanlar saytda görünmür; plan yeniləndikdə yenidən görünür.
Rəylər dürüst və məhsulla bağlı olmalıdır. Təhqir, reklam və ya şəxsi məlumat olan rəylər dərc edilmir.
Alqı-satqı alıcı ilə satıcı arasında birbaşa razılaşma ilə həyata keçirilir. Məhsulu görmədən qabaqcadan ödəniş edərkən ehtiyatlı olun. Şübhəli hallar barədə bizə xəbər verin.
Qaydaları pozan elanlar silinə, mağazalar dayandırıla, hesablar bloklana bilər.